26 May 2025, 11:03
Millinin baş məşqçisi: “Hədəfimiz A Liqasına vəsiqə qazanmaqdır”
Millinin baş məşqçisi: “Hədəfimiz A Liqasına vəsiqə qazanmaqdır” şəkil
Millinin baş məşqçisi: “Hədəfimiz A Liqasına vəsiqə qazanmaqdır”

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi Sahib Məmmədov Avropa çempionatının I seçmə mərhələsi (EBSL) çərçivəsində İspaniyada keçirilən oyunları dəyərləndirib

Operativ Media xəbər verir ki, o, bu haqda AFFA-nın mətbuat xidmətinə açıqlama verib.

Təcrübəli mütəxəssis komandanın hədəfləri haqqında danışıb.

“Qrupun son oyununda Litvaya məğlub olsaq da, ilk iki matçda qalib gəldik və Superfinala vəsiqə qazandıq.Bununla da əsas vəzifənin öhdəsindən gəldik. Litva ilə görüşdəki nəticəni yorğunluqla əlaqələndirərdim. Çünki İngiltərə ilə ilk qarşılaşmada çox güc sərf etməli olmuşduq. Onsuz da, Litva ilə görüşün nəticəsindən asılı olmayaraq, Superfinala vəsiqəni təmin etmişdik. Sadəcə, son matç qrup birincisini müəyyənləşdirəcəkdi. Bundan sonrakı hədəfimiz isə sentyabrda İtaliyada təşkil olunacaq Avropa Superfinalında finala yüksələrək, A Liqasına vəsiqə qazanmaq olacaq”.

Qeyd edək ki, B Liqasının A qrupunda İngiltərə (5:4) və Belçikaya (11:2) qalib gələn millimiz Litvaya (3:4) məğlub olub. 5 xalla qrupu ikinci pillədə başa vuran komandamız sentyabrın 7-14-ü aralığında İtaliyada keçiriləcək Superfinala vəsiqə qazanıb.

Son xəbərlər
Azərbaycan və Ermənistan liderləri arasında görüş çox konstruktiv mühitdə keçib
Aİ Azərbaycan-Ermənistan danışıqlarını alıqışlayır
Murad Musayev: "Sabah" sonuncu pillədə gedirdi, növbəti mövsüm isə gözəl futbolla gümüş qazandıq"
Əbu-Dabi danışıqları başa çatıb - YENİLƏNİB
10 İyul 2025, 14:01
Əbu-Dabidə Azərbaycan-Ermənistan danışıqları - YENİLƏNİR
Xocalı soyqırımı zamanı yaralanmış şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir
Ermənistanda daha 7 nəfər terrorçuluqda şübhəli bilinərək saxlanılıb
Kreml: Azərbaycan-Ermənistan Əbu-Dabi danışıqlarını alqışlayırıq