Ana səhifə / İdman / "Turan Tovuz"un futbolçusu 100-ə çatdı "Turan Tovuz"un futbolçusu 100-ə çatdı 26.05.2025, 11:26 Əziz Əzizli "Turan Tovuz”un futbolçusu İsmayıl Zülfüqarlı Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. Operativ Media xəbər verir ki, onun yubileyi Azərbaycan Premyer Liqasının 36-cı turunun “Kəpəz”lə matçına (4:0) təsadüf edib. 24 yaşlı yarımmüdafiəçi bu görüşlərdə 3 qol vurub. İsmayılın debütü 2019/20 mövsümündə “Neftçi”nin heyətində gerçəkləşib. Premyer Liqada iki klubda forma geyinən Zülfüqarlı “Neftçi”də 52, “Turan Tovuz”da 48 qarşılaşmaya çıxıb. O, hər üç qolunu Bakı klubunda vurub. Teqlər: "\"Turan Tovuz\"un futbol\u00e7usu 100-\u0259 \u00e7atd\u0131"