Menyu

"Kəpəz" 40-cı böyükhesablı səfər məğlubiyyətini aldı

Əziz Əzizli
"Kəpəz" 40-cı böyükhesablı səfər məğlubiyyətini aldı

"Kəpəz” Azərbaycan çempionatlarında 40-cı böyükhesablı səfər məğlubiyyətini alıb.

Operativ  Media xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 36-cı turuna təsadüf edib.

Gəncə təmsilçisi “Turan Tovuz”la Qərb derbisində 4 cavabsız qol buraxıb. “Kəpəz” bunadək 39 dəfə rəqib meydanında 3 və ya daha çox top fərqi ilə uduzmuşdu.

İlk belə məğlubiyyət 1995/96 mövsümündə yaşanıb. 1995-ci il sentyabrın 10-da “Qarabağ”la görüşdə 0:3 hesablı yenilgi qeydə alınıb.

“Kəpəz” səfərdəki böyükhesablı nəticə sayında antirekordçudur. “Turan” 36, “Şahdağ” (Qusar) 35, “Qəbələ” 32 belə məğlubiyyət alıb.

Teqlər:

"\"K\u0259p\u0259z\" 40-c\u0131 b\u00f6y\u00fckhesabl\u0131 s\u0259f\u0259r m\u0259\u011flubiyy\u0259tini ald\u0131"

Əlaqəli Xəbərlər