İsrail Müdafiə Qüvvələri iki gün ərzində Qəzza zolağında 200-dən çox hədəfə zərbə endirib.
Operativ Media xəbər verir ki, bununla bağlı ordunun mətbuat xidməti məlumt yayıb.
“Son 48 saat ərzində İDF Hərbi Hava Qüvvələri Qəzza zolağında terrorçular, silah anbarları, snayper mövqeləri və reaktiv yaylım atəşi sistemləri, minalar, tunellər və terrorçuların digər infrastruktur obyektləri də daxil olmaqla 200-dən çox hədəfə zərbələr endirib”, - deyə məlumatda qeyd olunub.






