Ana səhifə / İdman / Premyer Liqa klubu "Milan"ın qapıçısını transfer etmək istəyir Premyer Liqa klubu "Milan"ın qapıçısını transfer etmək istəyir 26.05.2025, 13:58 Əziz Əzizli "Mançester Yunayted" "Milan"ın qapıçısı Mik Maynyanla maraqlanır. Operativ Media xəbər verir ki, bu haqda jurnalist Nikolo Şiraməlumat yayıb. Mənbə deyir ki, “qırmızı şeytanlar” fransız qolkiperlə bağlı araşdırma aparıb. Daha əvvəl mətbuatda qapıçılar Andre Onana və Altay Bayındırın bu yay "Mançester Yunayted"i tərk edə biləcəyi barədə xəbərlər yayılmışdı. Bu mövsüm Maynyan bütün yarışlarda 52 oyun keçirib, 14 oyunda qapısını toxunulmaz saxlayıb. Onun "Milan"la müqaviləsi 2026-cı ilin yayına qədərdir. "Transfermarkt"ın məlumatına görə, futbolçunun bazar dəyəri 25 milyon avrodur. Teqlər: "Premyer Liqa klubu \"Milan\"\u0131n qap\u0131\u00e7\u0131s\u0131n\u0131 transfer etm\u0259k ist\u0259yir"