Paşinyan: Ermənistanla Azərbaycan arasında sülh çox yaxındır

Nərmin Qocamanlı
Paşinyan: Ermənistanla Azərbaycan arasında sülh çox yaxındır

Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması çox yaxındır.

Operativ Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Slovakiyanın Baş naziri Robert Fitso ilə birgə brifinqdə çıxışı zamanı deyib.

"Bugünkü məruzə zamanı mən beynəlxalq tərəfdaşımızla Azərbaycan arasında sülhün nə qədər yaxın olduğunu ilə bağlı məlumatlandırdım. Əlbəttə ki, bununla bağlı üzərimizə düşən məsuliyyəti tam şəkildə yerinə yetirəcəyik”, - deyə baş nazir bildirib. 

Paşinyan sonda bildirib ki, Ermənistan və Azərbaycan sülh sazişinin imzalanması məsələsi ilə bağlı məsləhətləşmələri davam etdirir.

Digər xəbərlər