26 May 2025, 17:28
"Liverpul" Virtz üçün "Bayer"ə ilk təklifini göndərib
"Liverpul" Virtz üçün "Bayer"ə ilk təklifini göndərib şəkil
"Liverpul" Virtz üçün "Bayer"ə ilk təklifini göndərib

"Liverpul" "Bayer Leverkuzen"ə yarımmüdafiəçi Florian Virtz üçün ilkin təklif göndərib.

Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, "mersisaydlılar" 100 milyon avro üstəgəl bonuslar təklif ediblər. Klublar arasında danışıqlar davam edir. Futbolçunun özü Leverkuzen təmsilçisinə bildirib ki, o, yalnız "Liverpul"a keçmək istəyir.

Virtz "Bayer" ilə hazırkı müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

"Transfermarkt" oyunçunun dəyərini 140 milyon avro olaraq qiymətləndirir.

2024/25 mövsümündə Virtz "Bayer" üçün 45 matçda 16 qol vurub və 15 məhsuldar ötürmə edib.

Son xəbərlər
Bakıda Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyanın iclası keçirilib - YENİLƏNİB
"Bayer" PSV-nin yarımmüdafiəçisini transfer etdi
Ərdoğan: "41 illik terror bəlasının sona çatması prosesinə start verilib"
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
Fövqəladə Hallar Naziri və BMMT-nin Baş katibi Fəxri Xiyabanı ziyarət ediblər
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
İtaliya BMT-nin Fələstin üzrə xüsusi məruzəçisini Nobel Sülh Mükafatına namizəd göstərib
"Qəbələ" legioner yarımmüdafiəçi ilə gücləndi