Ana səhifə / Dünya / Peskov: Rusiya-Ukrayna arasında məhbus mübadiləsi danışıqlardan asılıdır Peskov: Rusiya-Ukrayna arasında məhbus mübadiləsi danışıqlardan asılıdır 26.05.2025, 20:35 Əsəd Abbaslı Rusiya və Ukrayna arasında məhbusların kütləvi mübadiləsinin davam etdirilməsi, yalnız danışıqların gedişindən və nəticələrindən asılıdır. Operativ Media xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov açıqlama verib. Peskov bu məsələnin yalnız danışıqların nəticəsindən asılı olduğunu bildirərək, “əlbəttə” deyə cavab verib. Xatırladaq ki, bundan əvvəl müharibə müxbiri Aleksandr Kots Rusiya ilə Ukrayna arasında məhbus mübadiləsinin təfərrüatlarını açıqlamışdı. O, Ukraynanın vətənə xəyanət maddəsi ilə məhkum olunmuş bir neçə vətəndaşını Rusiyaya təhvil verdiyini qeyd etmişdi. Rusiya Müdafiə Nazirliyi də bu günlərdə Rusiya ilə Ukrayna arasında "1000-ə 1000" düsturuna əsasən əsir mübadiləsinin başa çatdığını elan etmişdi. Teqlər: "Peskov: Rusiya-Ukrayna aras\u0131nda m\u0259hbus m\u00fcbadil\u0259si dan\u0131\u015f\u0131qlardan as\u0131l\u0131d\u0131r"
05.02.2026, 23:28 Qida obyektlərində dezinfeksiya tezliyinin müəyyənləşdirilməsi sahibkarların vəzifəsidir