İran tərəfi İran prezidenti Məsud Pezeşkiyanın İrəvana səfərini planlaşdırır.
Operativ Media xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Səid Xətibzadə “İrəvan dialoqu – 2025” beynəlxalq konfransı çərçivəsində jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
"Hazırda ölkə rəhbərinin İrəvana səfərini planlaşdırırıq. Paytaxtlar arasında siyasi məsləhətləşmələr gedir və iqtisadi sahəyə gəlincə, bu əlaqələr çox yüksək səviyyədədir və yaxın gələcəkdə, daşımalarda sıfır faiz tətbiq edildikdə, iqtisadi əməkdaşlıq sürətlə inkişaf edəcək", - deyə İran rəsmisi bildirib.
“Ümid edirəm ki, bəzi maneələri aradan qaldırdıqdan sonra, xüsusən də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalandıqdan sonra biz hələ həyata keçirilməyən bir çox layihə və proqramları həyata keçirəcəyik”, - deyə Səid Xətibzadə vurğulayıb.






