Bəqayi: İran təzyiqlərə boyun əyməyəcək
Əsəd Abbaslı
Tehran öz təhlükəsizliyini təmin edəcək və İsrailin hərbi zərbələri ilə bağlı təhlükəyə baxmayaraq, nüvə proqramı üzrə ABŞ ilə danışıqlarda təzyiqlərə boyun əyməyəcək.
Operativ Media xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi CNN-ə müsahibəsində bildirib.
"İranlılar hər hansı təzyiqə boyun əyməyəcəklər", - o, İsrail tərəfindən İranın nüvə obyektlərinə qarşı mümkün hücumlar barədə sualı cavablandırarkən bildirib.
"Biz, şübhəsiz ki, öz milli təhlükəsizliyimizi qoruyacağıq", - diplomat əminlik ifadə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net