
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti "Santos"un hücumçusu Neymarı milliyə çağırmamasının səbəbini açıqlayıb.
Operativ Media xəbər verir ki, "Marca" nəşri Ançelottinin açıqlamalarını yayıb.
O, Neymarın milliyə çağırılmamasını zədəsinə bağlayıb.
"Mən yaxşı formada olan oyunçuları seçməyə çalışdım. Neymar bu yaxınlarda zədələndi. Hamı bilir ki, o, çox vacib oyunçudur və həmişə belə olacaq. Hazırda bizdə zədədən əziyyət çəkən və məsələn, Neymar kimi milliyə çağırıla bilməyən çoxlu futbolçu var. Neymar məsələsində biz ona güvənirik. Braziliya ona ümid bəsləyir. O, Braziliyaya qayıtdı və dünya çempionatına yaxşı hazırlaşdı. Qərarımı izah etmək üçün onunla danışdım. "O, tamamilə razıdır", - Ançelotti qeyd edib.
Bundan əvvəl Ançelotti Braziliya millisinin 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Ekvador və Paraqvayla keçirəcəkləri oyuna hazırlaşacaq heyətin adını açıqlamışdı.
Mayın 26-da Ançelotti Braziliya millisinin baş məşqçisi kimi təqdim olunub. 65 yaşlı italyan yığmanı 2026-cı il dünya çempionatına hazırlayacaq.