Çin Rusiya-Ukrayna münaqişəsində heç bir tərəfə silah vermədiyini bildirib
"Pekin Rusiya-Ukrayna münaqişəsinin tərəflərindən heç birinə silah vermir və ikili təyinatlı malların tədarükünə nəzarət edir"
Operativ Media xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq məlumat verib.
Mao Ninq qeyd edib: "Çin heç vaxt münaqişə tərəflərinin heç birinə öldürücü silah ötürməyib və ikili təyinatlı mallara ciddi nəzarət edir. Ukrayna tərəfi bunu yaxşı bilir. Çin əsassız ittihamlara və siyasi manipulyasiyalara qətiyyətlə qarşıdır".
O, Çinin Ukrayna böhranı ilə bağlı mövqeyinin dəyişmədiyini və ölkənin hələ də hərbi əməliyyatların dayandırılması və atəşkəsin tərəfdarı olduğunu vurğulayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net