Ukrayna: Rusiya müharibədə 1 milyona yaxın əsgər itirib

admin
Ukrayna: Rusiya müharibədə 1 milyona yaxın əsgər itirib

Rusiya Ukraynaya qarşı müharibədə bir milyona yaxın hərbi qulluqçusunu itirib.

Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Ukrayna ölənlərin və yaralananların sayını dəqiqləşdirməyib.

Ukrayna hakimiyyəti müharibə başlayandan bəri hər gün Rusiya qoşunlarının və texnikasının itkilərini izləyir. Tərəflər itkiləri barədə rəsmi açıqlama vermirlər.

Fevral ayında Ukrayna prezidenti Vladimir Zelenski bildirmişdi ki, müharibə başlayandan bəri 46 mindən çox Ukrayna əsgəri döyüş meydanında həlak olub. 380 minə yaxın ukraynalı əsgər yaralanıb, on minlərlə hərbçi isə itkin düşüb və ya Rusiya əsirliyində qalıb.

Digər xəbərlər