Dağıstanın Dərbənd şəhərində yerləşən Azərbaycan teatrının bərpası başa çatmaq üzrədir və yaxın vaxtlarda yenidən fəaliyyətə başlayacaq.
Operativ Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Mahaçqalada keçirilən brifinqdə məlumat verib.
“Dağıstan xalqlarının mədəni müxtəlifliyindən danışmaya bilmərəm. Folklor və xalq sənəti artıq tanınmış brendə çevrilib. Respublikada 11 milli teatr fəaliyyət göstərir. Dünən Dərbənddə Azərbaycan teatrının bərpasının tamamlandığını gördük. Bu ərazidə qədimdən bəri müxtəlif sənətlər, bədii metalişləmə və daş oyma kimi sahələr inkişaf edib”, – Zaxarova vurğulayıb.
Qeyd edək ki, Dərbənddəki Azərbaycan teatrı bölgədəki mədəni müxtəlifliyin və Azərbaycan icmasının zəngin irsinin vacib nümunələrindən biri hesab olunur.






