Ermənistan və İran XİN rəsmiləri arasında görüş keçirilib
Əsəd Abbaslı
Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla İran XİN rəhbərinin müavini Səid Xətibzadə arasında görüş keçirilib.
Operativ Media xəbər verir ki, İrəvanda baş tutan görüşdə Ermənistan və İran arasında əməkdaşlıq məsələlər, o cümlədən konkret ikitərəfli layihələri müzakirə edilib.
Bundan əvvəl Xətibzadə jurnalistlərə İran prezidenti Məsud Pezeşkianın Ermənistana səfərinə hazırlıq barədə məlumat verib.