Tramp: Mən olmasaydım Rusiyanın başına çoxlu dəhşətli hadisələr gələcəkdi
Əsəd Abbaslı
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putini sərt tənqid edib.
Operativ Media xəbər verir ki, o bu barədə şəxsi "Truth Social" sosial şəbəkə hesabındakı paylaşımda yazıb.
Qeyd edib ki, Putin bundan öncə onun prezidentliyi dövründə daha təmkinli davranırdı və baş verə biləcək bəzi hadisələrin qarşısı Trampın dəstəyi ilə alınıb:
“Putinin başa düşmədiyi odur ki, mən olmasaydım, Rusiyanın başına çoxlu dəhşətli hadisələr gələcəkdi”, - deyə o bildirib.
ABŞ lideri Rusiya prezidentinə xəbərdarlıq edərək, hədələyib: “O, odla oynayır”.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma