Prezident İlham Əliyevin Qarabağa səfəri - YENİLƏNİR

Prezident İlham Əliyev mayın 27-də “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialının açılışında iştirak edib.
Prezident ilham Əliyev mayın 27-də “LATIFA” Laçın tikiş fabrikinin açılışında iştirak edib.
Prezident İlham Əliyev mayın 27-də Laçın kanat yolunun təməlini qoyub.
Prezident İlham Əliyev mayın 27-də Laçın rayonunun Bəylik kəndinin açılışında iştirak edib.
Prezident İlham Əliyev mayın 27-də Laçında “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının (SES) açılışında iştirak edib.
Prezident İlham Əliyev mayın 27-də Laçın rayonunun Zerti kəndində “Laçın” İstirahət Kompleksinin açılışında iştirak edib.
Prezident İlham Əliyev mayın 27-də Laçın rayonunun Bəylik kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib.
Prezident İlham Əliyev mayın 27-də Laçın şəhərində sakinlərlə görüşüb və onlarla söhbət edib.
Siyasi təmaslar və tədbirlər
Mayın 27-də Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə məhdud tərkibdə görüşü keçirilib.
Mayın 27-də Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə nahar əsnasında geniş tərkibdə görüşü olub.
Mayın 28-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçına səfər edib. Prezident İlham Əliyev onu qarşılayıb.
Mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçın Beynəlxalq Hava Limanının açılışını ediblər.
Mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar.
Laçında 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilir.