Menyu

HƏMAS lideri Qəzzada zərərsizləşdirilib

Əsəd Abbaslı
HƏMAS lideri Qəzzada zərərsizləşdirilib

İsrail hərbçiləri Qəzza zolağında HƏMAS-ın lideri Məhəmməd Sinvarı zərərsizləşdirib.

Operativ Media xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.

“Biz HƏMAS-ın idarəetmə potensialının məhv edilməsi yolunda dönüş nöqtəsinə çatdıq. Məhəmməd Sinvarı aradan qaldırdıq”, – o, Knessetdə (parlament) çıxışı zamanı bildirib.

Xatırladaq ki, mayın 13-də İsrail Müdafiə Qüvvələri Xan-Yunisdəki Avropa xəstəxanasının altındakı yeraltı qərargaha zərbə endirdiyini elan etmişdi.

Hədəf Qəzza zolağında HƏMAS-a və bu təşkilatın hərbi qanadı olan “İzzəddin əl-Qəssam Briqadaları” qruplaşmasına başçılıq etmiş Məhəmməd Sinvar olmuşdu.

Teqlər:

"H\u018fMAS lideri Q\u0259zzada z\u0259r\u0259rsizl\u0259\u015fdirilib"

Əlaqəli Xəbərlər