Peskov: İstanbulda danışıqlar aparmaq təklifimizə Ukraynadan cavab almamışıq
Kremlin sözçüsü Dmitri Peskov iyunun 2-də İstanbulda danışıqların yeni mərhələsinin keçirilməsi təklifinə Ukraynadan hələlik cavab almadıqlarını bildirib.
Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Peskov qeyd edib: “İkinci tur üçün 2 iyun bazar ertəsi İstanbulda görüşməyi təklif etdik.Onlardan cavab gözləmək və özümüzü buna uyğun istiqamətləndirmək lazımdır. Hələ ki, bildiyimə görə, Ukrayna tərəfdən heç bir cavab gəlməyib".
Peskov Ukraynanın mümkün atəşkəslə bağlı Rusiyanın hazırladığı memorandumun təcili tələbini dəyərləndirərək, bunun konstruktiv yanaşma olmadığını bildirib.
Teqlər:
"Peskov: \u0130stanbulda dan\u0131\u015f\u0131qlar aparmaq t\u0259klifimiz\u0259 Ukraynadan cavab almam\u0131\u015f\u0131q"