İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 54 min 200-ü keçib

admin
İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 54 min 200-ü keçib

Qəzzada Fələstin Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatı paylaşıb.

Operativ Media xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 54 min 249 nəfərə, yaralı sayının isə 123 min 492 nəfərə yüksəldiyi bildirilib.

Qeyd edək ki, Qəzzada son 24 saat ərzində 67 nəfər ölüb, 184 nəfər yaralanıb.

Digər xəbərlər