İspaniyanın Baş naziri Pedro Sançez və Sloveniyanın Baş naziri Robert Qolob Madriddəki görüşdən sonra mətbuata birgə bəyanatlarla çıxış ediblər.
Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Onlar çıxışlarında İsrailin Qəzzaya davam edən hücumlarını dərhal dayandırmağa çağırıblar.
Hər iki nazir regionda humanitar böhranın dərinləşdiyini qeyd edərək, dərhal atəşkəs və İsrailə qarşı sanksiyaların tətbiqinin vacibliyini vurğulayıblar.






