Əfqanıstan və Pakistan arasında Bəhramça sərhəd bölgəsində silahlı toqquşmalar baş verib.
Operativ Media xəbər verir ki, Al Arabiya telekanalının məlumatına görə, Əfqanıstan və Pakistan hərbi qüvvələri arasında silahlı toqquşmalar Hilmənd vilayətinin mübahisəli Bəhramça sərhəd bölgəsində qeydə alınıb.
İlkin məlumata əsasən, qarşıdurma tərəflər arasında artan gərginliyin fonunda baş verib.
Hadisənin konkret səbəbləri və toqquşma nəticəsində insan tələfatı və ya yaralanmaların olub-olmaması barədə hələlik rəsmi açıqlama verilməyib.






