İsrail ordusu Livandakı hərbi hədəflərə hava zərbələri endirib

Əziz Əzizli
İsrail ordusu Livandakı hərbi hədəflərə hava zərbələri endirib

İsrail Hərbi Hava Qüvvələri Livanda "Hizbullah" şiə təşkilatına məxsus bir neçə hərbi obyektə zərbələr endirib.

Operativ Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hədəflər sırasında hərbi infrastruktur obyektləri, eləcə də İsrail tərəfinin fikrincə, "Hizbullah"ın silahlı birləşmələri tərəfindən istifadə edilən reaktiv yaylım atəşi qurğuları olub.

Ordu hücumların şiə terror fəaliyyətinin aşkar edildiyi əraziləri hədəf aldığını qeyd edib. Həmin ərazilərdə silahların mövcudluğu və "Hizbullah"ın fəaliyyəti İsrail ilə Livan arasında mövcud olan atəşkəs razılaşmasının kobud şəkildə pozulması kimi qiymətləndirilib.

“İsrail ordusu dövlətə qarşı hər hansı təhlükəni aradan qaldırmaq üçün fəaliyyətini davam etdirəcək və 'Hizbullah'ın öz terror potensialını bərpa etmək cəhdlərinin qarşısını alacaq,” – deyə IDF-nin sözçüsü bildirib.

Digər xəbərlər