Rusiya Şimali Koreyaya hava hücumundan müdafiə sistemləri verib

admin
Rusiya Şimali Koreyaya hava hücumundan müdafiə sistemləri verib

Cənubi Koreya xarici işlər nazirliyinin dərc etdiyi hesabatında Moskva ilə Pxenyan arasında son hərbi əlaqələr diqqət çəkib.

Operativ Media xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.

Hesabatda qeyd olunub ki, Rusiya 2024-cü ilin noyabr ayından etibarən Şimali Koreyaya ən azı bir Pantsir hava hücumundan müdafiə sistemi və döyüş maşını təhvil verib .

 Rusiyanın 2024-cü ilin mart-oktyabr ayları arasında Şimali Koreyaya 1 milyon barreldən çox yanacaq təmin etdiyi və təxminən 8 min Şimali Koreyalı işçinin Rusiyada çalışdığı, Şimali Koreyanın isə 2023-cü ilin sentyabr ayından bu yana Rusiyaya milyonlarla artilleriya mərmisi, ballistik raketlər və ağır silahlar da daxil olmaqla 20 mindən çox konteyner hərbi texnika göndərdiyi bildirilib.

Həmçinin hesabatda, Şimali Koreyanın 2024-cü ildə Rusiyaya 11 mindən çox əsgər göndərdiyi, son vaxtlar isə daha 3 min əsgərin yerləşdirildiyi qeyd edilib.

 

Digər xəbərlər