Menyu

BMT: Humanitar yardım heç bir maneə olmadan Qəzzaya buraxılmalıdır

BMT: Humanitar yardım heç bir maneə olmadan Qəzzaya buraxılmalıdır

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) İsrailin 7 oktyabr 2023-cü ildən soyqırımını davam etdirdiyi Qəzza zolağına humanitar yardım üçün qeyd-şərtsiz icazə verməyə çağırıb.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Agentliyin verdiyi yazılı açıqlamada İordaniyanın paytaxtı Əmmanda un, ərzaq, təmizlik ləvazimatları, ədyal və dərman da daxil olmaqla, bir ay ərzində ən az 200 min insana çatacaq qədər humanitar yardımın olduğunu bildirib.

Qeyd edək ki, İsrail martın 2-dən Qəzza zolağına yardımın gətirilməsini məhdudlaşdırıb.

 

Teqlər:

"BMT: Humanitar yard\u0131m he\u00e7 bir mane\u0259 olmadan Q\u0259zzaya burax\u0131lmal\u0131d\u0131r"

Əlaqəli Xəbərlər