Menyu

Instagram-da yenilik: 3:4 ölçülü şəkillər artıq dəstəklənir

Instagram-da yenilik: 3:4 ölçülü şəkillər artıq dəstəklənir

Instagram platforması istifadəçilər üçün kiçik, lakin faydalı ola biləcək bir yeniliyi istifadəyə verib. Artıq istifadəçilər telefon kamerasının orijinal formatı olan 3:4 ölçülü şəkilləri Instagram-da orijinal formasında paylaşa biləcəklər.

Operativ Media xəbər verir ki, bu barədə "Instagram Creators" kanalı məlumat yayıb.

Məlumatda qeyd olunub: “Bundan sonra 3:4 formatında yüklədiyiniz şəkillər, necə çəkmisinizsə, elə də görünəcək. Bu həm tək şəkil paylaşımlarında, həm də karusellərdə keçərlidir.”

Əvvəllər bu ölçüdəki şəkillər Instagram-a yüklənərkən avtomatik olaraq kənarlardan kəsilir və ya uzadılırdı. Yeni funksiya ilə artıq bu məhdudiyyət aradan qaldırılır və şəkillər vizual baxımdan daha dəqiq və keyfiyyətli formada təqdim olunur.

İstifadəçilər əvvəlki kimi 1:1 (kvadrat) və 4:5 ölçülü şəkilləri də paylaşa bilərlər. Lakin 3:4 ölçüsünün əlavə olunması vizual materiallarla çalışanlar üçün əlavə imkan yaradacaq.

Qeyd edək ki, son zamanlarda platformada video məzmun daha çox diqqət mərkəzində olsa da, bu tip yeniliklər foto paylaşımı ilə məşğul olan istifadəçilər üçün əhəmiyyətlidir".

Teqlər:

"Instagram-da yenilik: 3:4 \u00f6l\u00e7\u00fcl\u00fc \u015f\u0259kill\u0259r art\u0131q d\u0259st\u0259kl\u0259nir"

Əlaqəli Xəbərlər