Həcc qaydalarını pozan 75 mindən çox insan geri göndərilib
Səudiyyə Ərəbistanın Daxili İşlər Nazirliyi nəzdində İctimai Təhlükəsizlik müdiri Məhəmməd əl-Bəssami Məkkədə mətbuat konfransı keçirib.
Operativ Media xəbər verir ki, bu barədə "SPA" məlumat yayıb.
Təxminən 270 min sənədsiz insanın Məkkəyə buraxılmadığını bildirən Bassami, 75 min 943 nəfərin həcc qaydalarını pozduqları üçün geri göndərildiyini qeyd edib.
Bassami həmçinin 252 saxta həcc təşkilatı, 1239 qeyri-qanuni daşıyıcı və 109 mindən çox icazəsiz nəqliyyat vasitəsi aşkar etdiklərini bildirib.
Teqlər:
"H\u0259cc qaydalar\u0131n\u0131 pozan 75 mind\u0259n \u00e7ox insan geri g\u00f6nd\u0259rilib"