Menyu

Blogerlər yeni reklam qaydalarına riayət etməyə başlayıblar

Nərmin Qocamanlı 4465 baxış
Blogerlər yeni reklam qaydalarına riayət etməyə başlayıblar
1 dəq oxu

Azərbaycanda fəaliyyət göstərən blogerlər yeni reklam qaydalarına riayət etməyə başlayıblar. 

Operativ Media-nın araşdırmasına görə, yüz minlərlə izləyicisi olan blogerlər artıq öz səhifələrində reklam etdikləri məhsulla bağlı məlumat xarakterli mətn yerləşdirirlər. Buraya sifarişçinin adı, VÖEN-i kimi məlumatlar, eləcə də paylaşımın reklam olmasına dair bildiriş daxildir.

Həmin fotoları təqdim edirik:

 

Lakin populyar olan bir sıra blogerlər hələ də bu qaydalara riayət etmirlər. Görünən odur ki, yeni qaydaların təbliğinə və maarifləndirmə işlərinə ehtiyac var. 

Bəs yeni reklam qaydalarında nələr var? 
 

● Sosial media təsirçiləri (blogerlər, influenserlər) reklam etdikləri paylaşımlarda bunu açıq şəkildə qeyd etməlidirlər (məsələn: “reklam”, “sponsorluq”, “tərəfdaşlıq”).

● Reklamı kim üçün etdiklərini (yəni, reklamvericini) göstərməlidirlər.

● Yalan məlumat verə bilməzlər. Məsələn, istifadə etmədikləri məhsulu istifadə edirmiş kimi təqdim edə və ya saxta profillərlə reklam apara bilməzlər.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər