Danimarka pensiya yaşını 70-ə qaldıraraq dünyanın əsas iqtisadiyyatları arasında rekorda imza atıb.
Operativ Media xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, əksər ölkələrdə vətəndaşlar adətən 65 yaşında pensiyaya çıxırlar. Bu həm qadınlara, həm də kişilərə aiddir. Amma bəzi ölkələrdə pensiya yaşı müəyyən edilmiş müddətdən yüksəkdir. Məsələn, Avstraliya, Yunanıstan və Hollandiyada bu rəqəm həm kişilər, həm də qadınlar üçün 67 yaşdır.
İsveçdə 63, Slovakiya və Fransada isə 64 yaşdır. Hindistanda 60 yaşında pensiyaya çıxmaq mümkündür, lakin bu, məşğulluq sahəsindən və yaşayış bölgəsindən asılıdır. Türkiyədə kişilər üçün 60, qadınlar üçün 58, Polşada isə 65 və 60 yaşdır.
Belçika, Almaniya, İspaniya və Sloveniyada aparılan islahatlardan sonra bu yaş 67 yaşa, İndoneziya, Latviya (2025) və Litvada 65 yaşa, Çində kişilər üçün 63 yaşa, işləyən qadınlar üçün 55 yaşa, ofis işçiləri üçün 58 yaşa yüksələcək.
Eyni zamanda, bir neçə ölkə pensiya yaşını yalnız qadınlar üçün qaldırmağa qərar verib. Bununla da yaşa görə gender bərabərliyi təmin edilir. Xüsusilə, Avstriya, Rumıniya, Xorvatiya və İsveçrə hamı üçün pensiya yaşını 65-ə qaldırıb.
Qazaxıstanda pensiya yaşı kişilər üçün 63, qadınlar üçün isə 61 yaşdır. Özbəkistanda qocalığa görə pensiyalar qadınlara 60, kişilərə isə 65 yaşından verilir.