HƏMAS ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun atəşkəs təklifinə cavab verib.
Operativ Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Həmas atəşkəsi nə qəbul etdi, nə də rədd etdi. O, əlavə tələblərini bildirdi. Bu tələblər arasında aşağıdakılar olub:
"Bir sıra fələstinli məhbusların müqabilində 10 israilli girovu və 18 israilli girovun cəsədini təhvil verməyə hazırıq. İsrail torpaqlarımızı tamamilə tərk etməlidir".
ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff HƏMAS-ın dəyişiklik tələblərinə cavab verib.
Vitkoff bildirib: "Mən HƏMAS-ın cavabını aldım. Bu təklif tamamilə qəbuledilməzdir və bizi yalnız geriyə aparacaq".