Ukrayna Rusiya arasında növbəti görüş iyunun 20-dən 30-dək keçirilə bilər

Əsəd Abbaslı
Ukrayna Rusiya arasında növbəti görüş iyunun 20-dən 30-dək keçirilə bilər

Ukrayna Rusiya ilə yeni görüşün iyunun 20-dən 30-dək keçirilməsini təklif edib.

Operativ Media xəbər verir ki, bunu İstanbulda Rusiya ilə danışıqların ikinci raundunda Ukrayna nümayəndə heyətinə rəhbərlik edən müdafiə naziri Rüstəm Umerov bildirib.

"Biz görüşün ayın sonunadək, iyunun 20-dən 30-dək keçirilməsini təklif etdik", - o, "Rada" telekanalının yayımladığı mətbuat konfransında qeyd edib.

Qeyd edək ki, bu gün İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.

Digər xəbərlər