Rusiya İstanbulda keçirilən danışıqlarda atəşkəsə razı olmayıb.
Operativ Media xəbər verir ki, bu barədə Ukrayna nümayəndə heyətinin rəhbəri, müdafiə naziri Rustem Umerov bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfi ölkə liderləri səviyyəsində görüş təklifini rədd edib.
Eyni zamanda o vurğulayıb ki, tərəflər əsirlərin mübadiləsi ilə bağlı razılığa gəliblər.
O əlavə edib ki, Rusiya atəşkəsə və liderlərin görüşünə razı olmayıb: “Biz yalnız əsirlərin mübadiləsi ilə bağlı razılaşdıq”.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl İstanbulda keçirilən danışıqların nəticələrini şərh edib