Hakan Fidan: Danışıqlar konstruktiv atmosferdə keçib

Əsəd Abbaslı
Hakan Fidan: Danışıqlar konstruktiv atmosferdə keçib

Türkiyənin xarici işlər naziri Hakan Fidan iyunun 2-də İstanbulda Ukrayna üzrə birbaşa danışıqların ikinci raundunun konstruktiv şəraitdə keçdiyini bildirib.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Türkiyəli nazir yaxın günlərdə tərəflərin memorandumlar üzrə texniki səviyyədə işə başlayacağına ümid etdiyini bildirib: “Biz Rusiya və Ukrayna arasında konstruktiv şəraitdə keçən danışıqların ikinci raunduna ev sahibliyi etdik və tərəflər birinci görüşdə əldə olunan razılaşmaları birləşdirdilər. Tərəflər atəşkəs və sülhlə bağlı öz fikirlərini əks etdirən memorandumlar mübadiləsi aparıblar. Yaxın günlərdə bu mətnlər üzərində texniki səviyyədə işə başlayacaqlar".

H.Fidan bildirib ki, tərəflər liderlər səviyyəsində mümkün görüşə hazırlığı davam etdirmək qərarına gəliblər: “Liderlərin kollektiv iradəsini rəhbər tutaraq, müharibənin verdiyi itkilərə son qoymaq üçün hər iki tərəfin nümayiş etdirdiyi nəticəyönümlü yanaşma təqdirəlayiqdir”.

Digər xəbərlər