Nigeriyada hərbiçilərin hava hücumu nəticəsində 20 nəfər həlak olub
Nigeriyanın Zamfara əyalətində hərbiçilərin hava hücumu nəticəsində azı 20 mülki şəxs həlak olub.
Operativ Media xəbər verir ki, bu barədə Əl-Cəzirə məlumat yayıb.
Hərbiçilər terrorçuların mülki ərazilərə hücuma hazırlaşdığı barədə məlumat aldıqdan sonra hava hücumuna başlayıb.
Məlumatda qeyd olunub ki, yerli sakinlər bildiriblər ki, hərbi təyyarə səhvən cinayətkarları deyil, onları təqib edən mülki insanları hədəf alıb.
Nigeriya Müdafiə Nazirliyi hadisə ilə bağlı hələlik şərh verməyib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net