Rusiya Ukraynaya müharibəni bitirmək üçün təkliflər irəli sürüb

admin
Rusiya Ukraynaya müharibəni bitirmək üçün təkliflər irəli sürüb

İyunun 2-də İstanbulda keçirilən danışıqlarda Rusiya nümayəndə heyəti Ukraynaya müharibəni dayandırmaq üçün iki variant təklif edib.

Operativ Media xəbər verir ki, bu barədə RİA Novosti yayıb.

Məlumatda qeyd olunub ki, birinci varianta görə, Ukrayna ordusu Ukraynanın rus qoşunları tərəfindən qismən işğal olunmuş dörd rayonundan - Donetsk, Luqansk, Zaporojya və Xersondan tədricən geri çəkilməlidir. 

İkinci təklif mübahisəli ərazilərin Moskvaya verilməsini birbaşa nəzərdə tutmasa da, bir sıra şərtləri ehtiva edir. Onların arasında: Ukraynada səfərbərliyə qadağa qoyulması və demobilizasiyanın başlanması, beynəlxalq tərəfdaşlar tərəfindən Kiyevə silah, kəşfiyyat və peyk rabitəsinin verilməsinin dayandırılması, Rusiya ərazisində təxribatların dayandırılmasına zəmanət, hər iki tərəf üçün ümumi amnistiya və əsir götürülən mülki şəxslərin azad edilməsi.

Digər xəbərlər