"Müharibə başlayandan bəri Sudanı 4 milyondan çox insan tərk edib".
Operativ Media xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Eugene Byun deyib.
Byun bildirib: "Bundan əvvəl Sudanda 25 milyon insan aclıqdan əziyyət çəkirdi. O cümlədən 770 min uşaq kəskin qida çatışmazlığından əziyyət çəkir. Sudanda tibb müəssisələrinə, təcili yardım maşınlarına, xəstələrə və tibb işçilərinə qarşı 167 hücum təsdiqlənib. Bu hücumlar nəticəsində 1120- dən çox insan həlak olub".