Niderlandda hakim koalisiyanın dağılması nəticəsində yaranmış erkən parlament seçkilərinin çox güman ki, payızda keçiriləcəyi bildirilir.
Operativ Media xəbər verir ki, bu barədə NOS telekanalı məlumat yayıb.
Məlumata görə, baş nazir Dik Şofun rəhbərlik etdiyi hökumət üzvləri yeni kabinet formalaşanadək ən azı bir neçə ay ərzində öz səlahiyyətlərini davam etdirəcəklər. Analoji vəziyyət Mark Ruttenin rəhbərlik etdiyi əvvəlki hökumətin istefasından sonra da müşahidə olunub.