İtaliyanın Baş naziri Giorgia Meloni İtaliyada nazirlik sarayında Fransa prezidenti Emanuel Makronu qəbul edib.
Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Rəsmilər arasında təxminən 3 saat davam edən ikitərəfli görüşdən sonra heyətlərarası iş yeməyi, ardınca isə ortaq yazılı bəyanatlar verilib.
“İtaliya və Fransa Avropa layihəsinin qurucu ölkələri kimi öz rollarına sadiq qalmağı və daha suveren, daha güclü və daha firavan, sülhə yönümlü, öz maraqlarını müdafiə edə və vətəndaşlarını qoruya bilən Avropaya ümumi sadiqliklərini gücləndirməyi hədəfləyirlər”, - bəyanatda deyilir.
Bəyanatda liderlərin Avropanın rəqabət qabiliyyəti və rifahı ilə bağlı gündəliyə dair danışıqlarında böyük harmoniya olduğu vurğulanıb.