İsrail Qəzzanın qərbindəki köçkün düşərgəsini bombalayıb

admin
İsrail Qəzzanın qərbindəki köçkün düşərgəsini bombalayıb

İsrailin müharibə təyyarələri Qəzzanın qərb limanındakı məcburi köçkünlər düşərgəsini bombalayıb.

Operativ Media xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Məlumatda hava hücumu nəticəsində aralarında uşaqların da olduğu 7 mülki şəxsin həyatını itirdiyi, çoxlu sayda insanın yaralandığı bildirilib.

Həmçinin məlumatda İsrail hərbi gəmilərinin də şəhərin qərbində balıqçıları hədəf aldığı, lakin hadisədə ölən və ya yaralanan olub olmadığına dair məlumat verilmədiyi bildirilib.

 

Digər xəbərlər