Almaniyada İkinci Dünya Müharibəsinə aid üç bomba tapılıb

Əziz Əzizli
Almaniyada İkinci Dünya Müharibəsinə aid üç bomba tapılıb

Almaniyanın Köln şəhərində tapılan İkinci Dünya Müharibəsindən qalma 3 partlamamış bomba ekspert qrupları tərəfindən zərərsizləşdirilib.

Operativ Media xəbər verir ki, Köln şəhər bələdiyyəsinin açıqlamasına görə, ABŞ istehsalı olan 3 bombanın məhv edilməsi zamanı tədbir olaraq Deutzda 1 kvadrat kilometr ərazidə yaşayan 20 mindən çox insan təxliyə edilib.

İkinci Dünya Müharibəsindən bu yana həyata keçirilən ən böyük təxliyə əməliyyatı çərçivəsində Reyn çayı üzərindəki körpülər bağlanıb, qatarların hərəkəti dayandırılıb, evlər, həmçinin 58 otel, muzey, məktəb, xəstəxana, qocalar evləri və hospislər boşaldılıb.

Digər xəbərlər