Türkiyənin Çanakkale bölgəsində 4.6 maqnitudalı zəlzələ baş verib.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Fövqaladə Halların İdarə Edilməsi Agentliyin (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ Bakı vaxtı ilə 09:18-də qeydə alınıb.
Zəlzələnin ocağı 12.61 km dərinlikdə olub.