"Nar" dörd rouminq paketini ləğv edir - SİYAHI
Redaksiya
Azərbaycanın mobil operatoru "Nar" rouminq paketlərində yenilik edəcəyini açıqlayıb.
Operativ Media xəbər verir ki, 1 iyul tarixindən etibarən “Rouminq 9", "Rouminq 15", "Rouminq 20", "Rouminq 28” paketləri ləğv olunacaq.
Əvəzində isə səyahət zamanı müştərilərə digər internet paketləri təqdim olunur. Onların qiymətləri isə aşağıdakı kimidir:
● 200 MB, 1 gün, 3.90 AZN
● 1.5 GB, 10 gün, 19.90 AZN
● 5 GB, 30 gün, 34.90 AZN
Qeyd edək ki, bundan əvvəl "Azercell" və "Bakcell" tariflərini yeniləyib. Həmin tariflərə görə, xəttin açıq qalması balansa yüklənən məbləğin nominalına və nömrənin qoşulduğu tarifin təqdim etdiyi imkanlara görə müəyyən olunacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net