İran və Əfqanıstan arasında ilk sərnişin qatarı fəaliyyətə başlayır

Nərmin Qocamanlı
İran və Əfqanıstan arasında ilk sərnişin qatarı fəaliyyətə başlayır

İranda Həf şəhərindən (şimal-şərqdə) Əfqanıstanın Qərbində yerləşən Herat şəhərinə ilk sərnişin qatarı 10 gündən sonra fəaliyyətə başlayacaq.

Operativ Media xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

"İlk sərnişin qatarı 10 gündən sonra Həf şəhərindən Herat şəhərinə hərəkət edəcək. Qatarın işə salınması, vətəndaşların hərəkətinin asanlaşdırılması və Əfqanıstan ilə İran arasındakı iqtisadi və mədəni əlaqələrin gücləndirilməsi baxımından mühüm bir addımdır", - deyə məlumatda qeyd olunub.

 

Digər xəbərlər