Roma Papası XIV Leo və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Operativ Media xəbər verir ki, bu barədə Vatikan Mətbuat İdarəsi bəyanat yayıb.
Bəyanatda deyilir: "Görüş zamanı qarşılıqlı maraq doğuran sahələrə, eləcə də Ukraynadakı vəziyyətə və sülh məsələsinə xüsusi diqqət yetirilib. Roma Papası Rusiyanı sülhə təşviq edəcək jest etməyə çağırıb və tərəflər arasında müsbət təmasların qurulması və münaqişənin həllinin tapılması üçün dialoqun vacibliyini vurğulayıb".
Açıqlamada iki liderin humanitar vəziyyəti, aidiyyəti bölgələrə yardımların çatdırılması zərurətini, əsir mübadiləsi üçün davam edən səyləri və Ukraynada sülhün bərqərar olması istiqamətində addımlar atmaq üçün əvvəlki Papa Fransisk tərəfindən təyin edilmiş xüsusi nümayəndə kardinal Matteo Mariya Zuppinin həyata keçirdiyi işlərin əhəmiyyətini müzakirə etdikləri qeyd edilib.