Fransa prezidenti və NATO-nun baş katibi Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər

admin
Fransa prezidenti və NATO-nun baş katibi Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər

Fransa prezidenti Emanuel Makron və NATO-nun baş katibi Mark Rutte arasında telefon danışığı olub.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Telefon danışığı zamanı rəsmilər Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə Ukrayna tərəfindən dəstəklənən ədalətli və davamlı sülh səylərində iştirakdan imtinasını gündəmə gətirilib.

Məlumatda bildirilib ki, Makron və Rutte 24-25 iyun tarixlərində Hollandiyada keçiriləcək NATO Sammiti ilə bağlı əsas məsələləri və bütün müttəfiqlərin müdafiə xərclərini artırmasının vacibliyini müzakirə ediblər.

Bəyanatda həmçinin vurğulanıb ki, Makron Ruttenin vəzifəyə gəldiyi gündən Alyansın əsas missiyası olan Avro-Atlantik məkanda ümumi müdafiəni gücləndirmək səylərini alqışlayıb.

Digər xəbərlər