Menyu

Almaniya müdafiə naziri ölkənin əlavə 50 min əsgərə ehtiyyacı olduğunu bildirib

Almaniya müdafiə naziri ölkənin əlavə 50 min əsgərə ehtiyyacı olduğunu bildirib

"Almaniyaya indiki qüvvələrdən təxminən 50-60 min daha çox əsgər lazımdır".

Operativ Media xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Belçikanın paytaxtı Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin toplantısından əvvəl jurnalistlərə deyib.

Nazir bildirib: "Aydın olmaq üçün, bu, sadəcə təxmindir, lakin biz hesab edirik ki, indiki qüvvələrdən təxminən 50-60 min daha çox əsgər lazımdır".

Qeyd edək ki, ötən il Boris Pistorius özünün yeni hərbi xidmət modelini təqdim edib və aktiv, həmçinin ehtiyatda olan qüvvələrə əsgər ehtiyacı ilə bağlı tövsiyələrini verib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər