05 İyun 2025, 15:39
Telegrama yeni funksiyalar gəlib
Telegrama yeni funksiyalar gəlib şəkil
Telegrama yeni funksiyalar gəlib

Artıq Telegram istifadəçiləri ictimai kanallara şəxsi mesajlar göndərə, kanal sahibləri və adminlərlə birbaşa ünsiyyət qura biləcəklər. Bunun üçün kanal sahibi bu funksiyanı aktiv etməlidir. Adminlər isə abunəçilərlə şəxsi məlumatlarını paylaşmadan, kanal adından yazışa biləcəklər.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Kanal sahibləri abunəçilərdən gələn mesajları yeni, sadələşdirilmiş interfeys vasitəsilə ayrıca bir bölmədə görə biləcəklər. Bu mesajlara kanalın aşağı panelində yerləşən mesaj bölümünə klikləməklə baxmaq mümkündür. Kanalınıza şəxsi mesaj qəbulunu aktiv etmək üçün ayarlardakı “Mesaj kanalı” bölməsinə keçmək lazımdır.

Yeni funksiyalar bunlar daxildir:

Pullu şəxsi mesajlar imkanı

Kontent yaradıcıları – kanal sahibləri, şəxsi mesajlara cavabları daha idarəolunan və məzmunlu etmək üçün hər mesaj üçün ödəniş təyin edə biləcəklər.

 

HD keyfiyyətli şəkil göndərmək imkanı

Telegram indi şəkillərin yüksək keyfiyyətdə (HD) göndərilməsini dəstəkləyir. Əvvəllər istifadəçilər tam keyfiyyətdəki şəkilləri yalnız orijinal fayl kimi göndərə bilirdilər. Lakin açıq media şəklində göndərilən şəkillər sıxılaraq keyfiyyəti azaldılır və 240 KB ölçüsünə endirilirdi. İndi isə “Yüksək keyfiyyət” seçimi əlavə olunub – HD şəkillər dörd dəfə çox pikselə malik olur və 0,5 MB-dan az internet trafikindən istifadə edir. Bu seçim rəsmi göndərərkən SD düyməsini klikləməklə və ya menyudan “Yüksək keyfiyyətdə göndər” bəndini seçməklə aktiv edilə bilər.

 

Səsli mesajları kəsmək və redaktə etmək

İndi istifadəçilər səsli mesajları yazdıqdan sonra onun başlanğıc və son nöqtələrini dəyişdirərək istədikləri hissəni kəsə bilərlər. Mesajı təkrar yazmağa ehtiyac yoxdur – sadəcə lazımsız hissəni silmək kifayətdir. Bu seçim səs yazısı zamanı mikrofon düyməsini yuxarı sürüşdürərək aktiv olur. Bundan əlavə, səs və video mesajlara pauza verib davam etdirmək də mümkündür.

 

12 varianta qədər sorğular

Telegram-da sorğular artıq 12 variantadək cavab seçimi ilə keçirilə bilər. Sorğular həm də “Saxlanmış mesajlar”a göndərilə və gələcəkdə nəticələri üçün istifadə oluna bilər.

 

Əlavə imkanlar

Qruplardakı mövzular (theme) üçün yeni səhifə dizaynı əlavə olunub. Bu, çat siyahısından daha sürətli keçid və bir kliklə söhbətlər arasında keçiş imkanı yaradır. iOS istifadəçiləri isə digər tətbiqlərdəki “Paylaş” düyməsi vasitəsilə birbaşa Telegram-a Hekayələr (Stories) əlavə edə bilərlər.

Bütün bu yeniliklərdən istifadə etmək üçün Telegram tətbiqini Play Market və ya App Store vasitəsilə yeniləmək tövsiyə olunur.

Xatırladaq ki, daha öncə Pavel Durov Telegram-ın Elon Musk-ın süni intellekti Grok ilə əməkdaşlıq etdiyini və Premium abunəçilərinin sayının 15 milyonu keçdiyini açıqlamışdı.
 

Son xəbərlər
Bakı metrosunda I yarımildə daşınan sərnişin sayı açıqlanıb
Əbu-Dabidə Azərbaycan-Ermənistan danışıqları - YENİLƏNİR
Azərbaycan və Ermənistan liderləri arasında görüşün nəticələri açıqlanıb
Aİ Azərbaycan-Ermənistan danışıqlarını alıqışlayır
Murad Musayev: "Sabah" sonuncu pillədə gedirdi, növbəti mövsüm isə gözəl futbolla gümüş qazandıq"
Əbu-Dabi danışıqları başa çatıb - YENİLƏNİB
10 İyul 2025, 14:01
Xocalı soyqırımı zamanı yaralanmış şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir
Ermənistanda daha 7 nəfər terrorçuluqda şübhəli bilinərək saxlanılıb