Menyu

Təbiətə 144 min manatdan çox ziyan vurulması faktları aşkar olunub

Nərmin Qocamanlı
Təbiətə 144 min manatdan çox ziyan vurulması faktları aşkar olunub

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Quba, Xaçmaz, Qəbələ və Balakən rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən Operativ Media-ya verilən məlumata görə, araşdırma zamanı Bakı şəhəri Nizami rayonu Özbəkistan və Azər Manafov küçələrinin kəsişməsində “Teymuroğlu Construction” MTK-ya məxsus ərazidə, Suraxanı rayonu  Qaraçuxur qəsəbəsi Yeni Günəşli “V” yaşayış sahəsi 14D saylı yaşayış binasının qarşısında, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsi dalan 4 ünvanında, Quba rayonu Rustov kəndi ərazisində, Xaçmaz rayonu Həsənqala kəndi ərazisində “Providense Doyç” MMC-yə məxsus ərazidə, Qəbələ rayonu Zarağan kəndi ərazisində və Balakən rayonu Hənifə bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı yaşıllıqlara 144 060 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Teqlər:

"T\u0259bi\u0259t\u0259 144 min manatdan \u00e7ox ziyan vurulmas\u0131 faktlar\u0131 a\u015fkar olunub"

Əlaqəli Xəbərlər