Menyu

Rusiya Federasiya Şurasının sədri Ermənistana gedib

Əsəd Abbaslı
Rusiya Federasiya Şurasının sədri Ermənistana gedib
1 dəq oxu

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Ermənistana rəsmi səfərə gedib.

Operativ Media xəbər verir ki, Matviyenkonun Ermənistan rəhbərliyi ilə görüşləri planlaşdırılıb.

O cümlədən, Ermənistan parlamentinin sədri Alen Simonyanla söhbət planlaşdırılır. Matviyenko və Simonyan Rusiya Federasiyası Federal Məclisi ilə Ermənistan Respublikası Milli Məclisi arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın 39-cu iclasını açacaqlar.

"Həmin gün Federasiya Şurasının sədri onuncu Rusiya-Ermənistan Regionlararası Forumunda iştirak edəcək. Plenar iclasda Federasiyanın bir sıra subyektlərinin rəhbərlərinin çıxışı gözlənilir", - məlumatda deyilir.

Əlaqəli Xəbərlər