Tramp: Putin və Zelenski parkda dalaşan uşaqlara bənzəyir

Əsəd Abbaslı
Tramp: Putin və Zelenski parkda dalaşan uşaqlara bənzəyir

ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna liderlərini parkda dalaşan uşaqlara bənzədib.

Operativ Media xəbər verir ki, bu barədə Tramp açıqlama verib.

O bildirib ki, bəzən belə situasiyalarda tərəfləri dərhal ayırmaq əvəzinə, bir qədər münaqişəyə davam etməyə imkan vermək daha məqsədəuyğundur.

Tramp bu fikirləri Rusiya prezidenti Vladimir Putinlə son söhbəti zamanı da səsləndirdiyini qeyd edib:

“Bəzən uşaqlar dalaşır, siz ayırmaq istəyirsiniz, amma onlar istəmir. Onları bir az vuruşmağa qoyub sonra ayırmaq daha yaxşıdır.", - deyə Tramp bildirib.

Digər xəbərlər